Qanunsuz meşə qırıntılarına görə 185 iş hüquq-mühafizə orqanlarına göndərilib

Qanunsuz meşə qırıntılarına görə 185 iş hüquq-mühafizə orqanlarına göndərilib
# 08 fevral 2016 12:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2015-ci il ərzində müəssisələrdə keçirilən bütün növ yoxlama və araşdırmalarda 146 482 manat məbləğində, 21 352 kubmetr həcmində ağacların qanunsuz kəsildiyi aktlaşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. Aktlaşdırılan meşə pozmalarına görə hesablanan ziyandan 146 482 manatdan 102346 manatı, yəni 70 faizi ödənilib”.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin illik hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, yol verilən qanunsuz qırıntılara görə təqsirkar olan şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə 185 iş hüquq-mühafizə orqanlarına və məhkəmələrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR