"Azəriqaz" "ASAN xidmət" mərkəzləri vasitəsilə 56 mindən artıq müştəriyə xidmət edib

"Azəriqaz" "ASAN xidmət" mərkəzləri vasitəsilə 56 mindən artıq müştəriyə xidmət edib
# 08 yanvar 2016 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin abunəçiləri tərəfindən Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı ASAN xidmət mərkəzlərinə 56 168 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi və “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması ilə əlaqədar edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR