Yelena Xoştaria: "Azərbaycan Gürcüstanın sabit qaz təchizatçısıdır"

Yelena Xoştaria: "Azərbaycan Gürcüstanın sabit qaz təchizatçısıdır"
# 17 oktyabr 2015 22:13 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Gürcüstan hökumətinin dəftərxanası qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları hakimiyyət orqanları tərəfindən Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara etirazlarını bildiriblər.

Aksiyada Gürcüstanın tanınmış adamları, siyasətçilər, "Milli Hərəkat" partiyasının nümayəndələri iştirak ediblər.

Tanınmış ekspert Yelena Xoştaria "Qazprom"un Rusiya dövlətinin əlində bir silah olduğunu və bu silahın Avropa və region ölkələri üçün təhlükəli olduğunu bildirib: "Öncə onu bildirim ki, Rusiyadan qaz alınması bizi Rusiyadan asılı vəziyyətə salır və bu, prinsipcə yolverilməzdir. İkincisi, bu prosesdə danışıqların gizli və qeyri-şəffaf aparılması qəbuledilməzdir. Biz bu barədə yalnız Rusiya KİV-lərindən məlumat öyrənə bilirik. Bu o deməkdir ki, Gürcüstan hakimiyyəti milli təhlükəsizlik məsələləri üzrə gizli danışıqlar aparır. Üçüncüsü odur ki, biz Azərbaycan kimi ən vacib strateji tərəfdaş ölkə ilə münasibətləri korlayırıq. Azərbaycan Gürcüstanın sabit qaz təchizatçısıdır. Bu məsələ bizim üçün prioritetdir ", - Yelena Xoştaria bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR