Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində Novruz bayramı qeyd olunub

Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyində Novruz bayramı qeyd olunub
# 20 mart 2016 09:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Bütün Gürcüstanın Patriarxı II İlyanın nümayəndəsi, Gürcüstan Dini Akademiyanın rektoru Ata Giorgi Zviadadze, Gürcüstan Milli Akademiyanın Vitce Prezidenti Roin Metreveli, Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Azərbaycan Diaspora iş üzrə Dövlət Komitəsinin rəsmisi Surəddin Hümbətov və akademiklər, Tiflis sakinləri olan azərbaycanlılar çıxış edərək Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib, əmin-amanlıq və sülh arzulayıblar.

QMİ-nın Gürcüstan nümayəndəliyində keçirilən tədbirdə qeyd edilib ki, Novruz bayramı barışıq, sülh, firavanlıq gətirən müqəddəs bir bayramdır.

Tədbir iştirakçıları Gürcüstanda yaşayan soydaşlarımızın problemləri və onları narahat edən digər məsələlər haqqında da fikir mübadiləsi də aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR