Bakıda üç evdə yanğın olub

Bakıda üç evdə yanğın olub
# 17 fevral 2016 15:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Binəqədi rayonunda 3 evdə yanğın baş verib.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 56 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik tikilmiş, digər vətəndaşa məxsus ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadrat metr sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 300 kvadrat metr (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kvadrat metr sahədə yanıb. Nəticədə 2 ədəd plastik pəncərə yüksək temperaturdan əriyib.

Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR