Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb
# 24 sentyabr 2016 10:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.

“Xanoba” gömrük postunda Rusiya istiqamətindən ölkəmizə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13 000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR