Bakıda 2 avtomobil toqquşub, yolda tıxac yaranıb

Bakıda 2 avtomobil toqquşub, yolda tıxac yaranıb
# 20 aprel 2016 13:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı şəhərində iki avtomobil toqquşub.

APA-nın məlumatına görə, hadisə bu gün Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. “Mercedes GL” markalı, “10-UO-003” dövlət nömrə nişanlı avtomobil “99-FN-752” dövlət nömrə nişanlı “KİA” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəysə də, xəsarət alan olmayıb. Olay yerinə Dövlət Yol Polisi əməkdaşları çağırılıb.

Baş verən qəza nəticəsinə yolda böyük tıxac əmələ gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR