ARDNF ötən ay AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb

ARDNF ötən ay AÇQ və “Şahdəniz” üzrə gəlirlərini açıqlayıb
# 03 fevral 2016 12:34 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından 2016-cı ilin fevralın 1-nə əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar ayında AÇQ yataqları üzrə fond 442 mln. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 4 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

2015-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin eyni dövründə AÇQ yataqları üzrə gəlir 1,9 dəfə azalıb, “Şahdəniz” yatağı üzrə isə 53,85% artıb.

Ümumiyyətlə, 2001-ci ildən etibarən 01.02.2016 tarixinə qədər AÇQ yataqlar bloku üzrə 117,5 mlrd. ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2,5 mlrd. ABŞ dolları həcmində gəlir əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR