Gəncədə Abbas Səhhət adına xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilib

Gəncədə Abbas Səhhət adına xəstəxana əsaslı təmirdən sonra istifadəyə verilib
# 17 fevral 2016 09:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, ərazisi 3,2 hektar olan xəstəxanada əsaslı təmir və yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb.

245 çarpayılıq xəstəxana binası beşmərtəbəlidir. Burada cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada 370 tibb işçisi çalışır ki, onların 56-sı həkimdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR