“Azərreyl” 2 legionerlə müqaviləyə xitam verib

“Azərreyl” 2 legionerlə müqaviləyə xitam verib
# 24 dekabr 2015 13:02 (UTC +04:00)

Bakı – APA. Qış fasiləsinə yollanan “Azərreyl” 2 voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” amerikalı Hali Ekerman və puerto-rikalı Stefanye Enrayla vidalaşıblar.

Mövsümün əvvəlində bağlanan 1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu səbəbdən də ölkələrinə qayıdan hücumçular geri dönməyəcəklər.

“Azərreyl”dən bunu təsdiqləyiblər və bildiriblər ki, hücum xəttini gücləndirmək üçün yeni oyunçularla danışıqlara start verilib. Komanda istirahətdən qayıdana kimi razılıq əldə olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR