Göyçay sakini mağazadan oğurluq edərkən polis tərəfindən tutulub

Göyçay sakini mağazadan oğurluq edərkən polis tərəfindən tutulub
# 20 aprel 2016 14:01 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Ötən gecə Göyçay rayonundakı mağazalardan birində oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin M.Ə. Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasında qeydə alınıb.

Həmin marketdə fəhlə işləyən rayon sakini, 1985-ci il təvəllüdlü Rzayev Pənah Əli oğlu ötən gecə saat 01:00 radələrində marketin dam örtüyünü sındıraraq içəri daxil olub. O, mağazada olan zaman DİN-nin Baş Mühafizə İdarəsi mərkəzləşdirilmiş siqnalizasiya sistemi işə düşüb. Dərhal Baş Mühafizə İdarəsinin Göyçay regional mühafizə şöbəsinin əməkdaşları operativ qrupla hadisə yerinə yollanıb. Oğurluq edən P. Rzayev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Göyçayda oğurluq edən şəxsin hadisə yerində tutulmasında bilavasitə Baş Mühafizə İdarəsinin mərkəzləşdirilmiş siqnalizasiya sisteminin böyük rolu olub. Oğurluq vaxtı bütün görüntülər mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR