Gəncədə piyadanı maşın vuraraq öldürüb - VİDEO

Gəncədə piyadanı maşın vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 10 iyun 2015 12:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində yolu keçmək istəyən qadını maşın vuraraq öldürüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncənin qərb istiqamətində qeydə alınıb.

Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Nicat Nəbiyev idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Daşkəsən rayon sakini Hafizə Zeynalovanı vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR