Əfqanıstandakı gürcü sülhməramlıları oğurluqda şübhəli bilinirlər

Əfqanıstandakı gürcü sülhməramlıları oğurluqda şübhəli bilinirlər
# 29 iyul 2018 10:14 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Hərbi Polisi Əfqanıstanda xidmət edən 4 gürcü hərbçisi ilə bağlı istintaqa başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü sülhməramlıları “Baqram” hərbi bazasından oğurluq etməkdə şübhəli bilinirlər.

Oğurlanmış əşyaların dəyəri 3600 dollar təşkil edir. İstintaq çərçivəsində həyata keçirilmiş axtarış zamanı həmin əşyaların bir hissəsi hərbi bazada tapılıb, bəzilərinin isə Kabil bazarında satıldığı müəyyən olunub.

Gürcüstanın Müdafiə Nazirliyi faktla bağlı bəyanat yayaraq, hərbi bazada baş vermiş oğurluğu pisləyib. Nazirlik oğurluq faktı üzrə aparılan istintaqda ABŞ tərəfi ilə sıx əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR