Rusiyanın beynəlxalq ehtiyatları 3,7 mlrd. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları 3,7 mlrd. dollar azalıb
# 01 dekabr 2016 14:46 (UTC +04:00)

Noyabrın 25-ə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 385,7 mlrd. dollar təşkil edib. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının yaydığı məlumatda deyilir.

Beləliklə, 18 noyabrdan etibarən ehtiyatlar 3,7 mlrd. dollar azalıb. Noyabrın 18-ə olan məlumatlara əsasən, şimal qonşumuzun beynəlxalq ehtiyatları 389,4 mlrd. dollar olub.

Maraqlıdır ki, bir həftə öncə də Rusiyanın ehtiyatları 3,7 mlrd. dollar azalıb.

https://www.gazeta.ru/business/news/2016/12/01/n_9401165.shtml?utm_source=google&utm_medium=banner&utm_campaign=business_news

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR