Ceyms Uorlik: "Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var"

Ceyms Uorlik: "Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var"
# 27 avqust 2015 15:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ATƏT-in Minsk qrupu həmsədrləri regiona payızda səfər etməyi planlaşdırırlar. Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə, lakin hələlik səfərin dəqiq tarixi məlum deyil. “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sentyabrda NYu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında bir araya gətirməyi və danışıqlar prosesinin irəli aparılması istiqamətində fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirik. Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ən yüksək səviyyədə yenilənmiş öhdəliklərə ehtiyacımız var”-, deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR