“The New York Times”: Obama İrana qarşı təzyiqləri davam etdirəcəyinə dair Konqresə söz verib

“The New York Times”: Obama İrana qarşı təzyiqləri davam etdirəcəyinə dair Konqresə söz verib
# 21 avqust 2015 11:27 (UTC +04:00)

Bakı - APA. ABŞ prezidenti Barak Obama Konqresə ünvanlanan məktubunda İranla imzalanmış nüvə sazişinin konqresmenlər tərəfindən təsdiqlənəcəyi halda belə, İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcəyinə dair söz verib.


APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

“İran nüvə silahı əldə etmək yolunda addımlasa, ABŞ həm razılaşmanın yerinə yetirildiyi müddət ərzində, həm də bundan sonra bütün variantları, o cümlədən, hərbi variantı qüvvədə saxlayacaq”, - deyə B. Obama qeyd edib.

B. Obama həmçinin İranın “Hizbullah” qruplaşması və Suriyada Bəşər Əsəd rejiminə dəstək verməsi ilə bağlı tətbiq olunmuş sanksiyaların qüvvədə qalacağını da bildirib.


ABŞ prezidenti İsrail və regiondakı digər müttəfiq dövlətlərlə əməkdaşlığın gücləndiriləcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR