Braziliya parlamenti prezidentə qarşı ittiham irəli sürülməsinin əleyhinə səs verib

Braziliya parlamenti prezidentə qarşı ittiham irəli sürülməsinin əleyhinə səs verib
# 19 oktyabr 2017 00:45 (UTC +04:00)

Braziliya parlamentinin komissiyası prezident Mişel Temerə qarşı korrupsiya ittihamı irəli sürülməsinin əleyhinə səs verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, 39 komissiya üzvü təşəbbüsün əleyhinə, 26-sı lehinə səs verib.

May ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib.

Avqustun əvvəlində Braziliya parlamentinin aşağı palatası prezident Mişel Temerə qarşı korrupsiya ittihamı irəli sürülməsinin əleyhinə səs verib. 159 deputat təşəbbüsün əleyhinə səs verib. Məhkəmə araşdırmasının davamı üçün 513 deputatdan 342-si təşəbbüsün lehinə səs verməli idi. Sentyabr ayından etibarən isə Mişel Temerə qarşı daha bir korrupsiya faktı ilə bağlı araşdırma aparılır. O həmçinin cinayətkar qrup yaratmaqda, eləcə də istintaqın gedişinə əngəl törətməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR