Şirvanda körpə uşaq zəhərlənmədən ölüb

Şirvanda körpə uşaq zəhərlənmədən ölüb
# 07 iyul 2017 16:58 (UTC +04:00)

Şirvanda 1,5 yaşlı uşaq zəhərlənmədən ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, q Ağayev Tunar Məhəmməd oğlu zəhərlənmədən evdə müalicə olunan zaman halı pisləşib.

Şirvan şəhər xəstəxanasına çatdırılarkən körpə uşaq yolda dünyasını dəyişib. Uşağın hansı səbəbdən dünyasını dəyişməsini aydınlaşdırmaq üçün meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzində müayinə olunub. Yalnız ekspertizanın nəticəsindən sonra körpənin zəhərlənmədən və yaxud səhv müalicədən dünyasını dəyişdiyi aydınlaşacaq.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR