Qaxda çayda naməlum qadın meyiti tapılıb

Qaxda çayda naməlum qadın meyiti tapılıb
# 11 mart 2017 17:43 (UTC +04:00)

Qaxda çayda meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından axan çaydan 20-25 yaşlarında olan naməlum qadın meyiti aşkarlanıb.

Meyit ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.

Hazırda Qax rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR