"Bank Respublika" ilin yarısını zərərlə başa vurub

"Bank Respublika" ilin yarısını zərərlə başa vurub
# 24 iyul 2017 07:54 (UTC +04:00)

"Bank Respublika" ASC 2017-ci ilin ilk yarını 583 min manat məbləğində zərərlə başa vurub.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2016-cı ilin iyunun 30-na bankın zərəri 15,747 mln. manat təşkil edib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin II rübünün sonuna 15,164 mln. manat azalıb.

Hesabat dövründə bankın aktivləri 13,26% azalaraq 779,396 mln. manata enib. Bankın kredit portfeli isə 7,39% azalaraq 229,336 mln. manat təşkil edib. Kredit portfelində problemli kreditlərin həcmi 27,926 mln. manatdır. Ötən ilin analoji dövründə bu rəqəm 48,559 mln. manat olub. Beləliklə, problemli kreditlərin məbləği 42,49% azalıb. Ümumilikdə, hazırda problemli kreditlərin portfeldəki payı 11,38%-dir. Qeyd edək ki, 2016-cı ilin ilk yarısında bu göstərici 17,91% idi.

Bankın depozit portfeli 17,84% azalaraq 470,563 mln. manata, əhalinin əmanətləri isə 2,31% azalaraq 197,131 mln. manata çatıb. Hesabat dövrünün sonuna bankın öhdəlikləri 14,68% azalaraq 732,503 mln. manat təşkil edib.

"Bank Respublika" nizamnamə kapitalını açıqlamayıb. Hesabatdan məlum olur ki, bankın məcmu kapitalı 1,49% artaraq 51,364 mln. manata çatıb və tənzimləyicinin kapitala dair minimal tələbindən (50 mln. manat) 1,364 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR