Belarus prezidenti Riqa sammitində iştirak etməyəcək

Belarus prezidenti Riqa sammitində iştirak etməyəcək
# 21 may 2015 01:16 (UTC +04:00)

Bakı-APA. Belarus prezidenti Aleksandr Lukaşenko “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməyəcək.

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Mironçik bəyan edib.

Onun sözlərinə görə, mayın 21-22-də keçiriləcək sammitdə Belarusu xarici işlər naziri Vladimir Makey təmsil edəcək. “Prezident Lukaşenkonun qərarı ilə Latviyanın paytaxtına V.Makey gedəcək”, deyə D.Mironçik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR