Azərbaycanda qızıl hasil edən şirkət 15 mln. dollar kredit cəlb edib

Azərbaycanda qızıl hasil edən şirkət 15 mln. dollar kredit cəlb edib
# 12 fevral 2018 13:13 (UTC +04:00)

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkətinin törəməsi olan “Azerbaijan İnternational Mining Company Limited” şirkəti “PAŞA Bank”la sindikatlaşdırılmış kredit müqaviləsi bağlayıb.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Məlumata görə, 15 mln. dollar dəyərindəki kredit 7% olmaqla, iki il müddətinə sabit faiz dərəcəsi ilə mövcud kreditlərin böyük hissəsinin yenidən maliyyələşdirilməsi üçün verilib.

“Kreditin 13,5 milyon dolları “Amsterdam Trade Bank N.V.”, “Qazprombank Ltd”, “Yapi Credit Bank”a və şirkətin baş icraçı direktoru Reza Vəziriyə ödəniləcək. Yenidən maliyyələşmə nəticəsində borc ödənişi 5,1 milyon dollaradək azalacaq. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankdan cəlb olunan 2,1 milyon dollar dəyərindəki kreditlər üzrə faiz dərəcəsi də 12%-dən 7%-ə endirilib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR