Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb

Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb
# 07 mart 2019 05:26 (UTC +04:00)

Nəsimi rayonunda 6 nəfər arasında kütləvi dava düşüb.

ONA- nın məlumatına görə, hadisə Qış Parkı kimi tanınan ərazidə baş verib.

Belə ki, 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu sevdiyi qıza görə 4 nəfərlə əlbəyaxa dava edib. Davaya M.Eyvazovun qohumu 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğlu da müdaxilə etməli olub.

Dava qanlı sonluqla bitib. M.Eyvazov və S.Nəsirov bədənlərinin müxtəlif nahiyələrindən bıçaqlanıb. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR