Almaniyada azərbaycanlıların yaşadığı qaçqın sığınacağında yanğın olub

Almaniyada azərbaycanlıların yaşadığı qaçqın sığınacağında yanğın olub
# 21 avqust 2015 15:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnabe şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğın olub. APA-nın br.de saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşı orada yaşayan 19 şəxsdən heç birinin xəsarət almadığını açıqlayıb. Bavariyanın daxili işlər naziri İohim Hermann açıqlamasında yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib.

Vilayət meri Rupoert Tropmann yanğını çox dəhşətli hadisə adlandırıb. O hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.

.

Yanğın haqqında məlumat ötən gün saat 3.20 radələrində daxil olub. Noyştad-Valdnabedəki köhnə restoranda birinci mərtəbədə mebellərin bir hissəsi yanıb. Yanğın tez bir zamanda nəzarətə alınıb.

Sığınacaq şahidləri gecə saatlarında birinci mərtəbədən iki nəfərin qaçdığını görüblər. Daha bir nəfər isə binanın yaxınlığında onları gözləyib. Hazırda polis hadisəni araşdırır.

Polisin ilkin qiymətləndirməsinə əsasən maddi ziyan 500 avro dəyərindədir.

Həmin sığınacaqda Azərbaycandan olan 19 nəfər yerləşdirilib ki onlardan da 3-ü uşaqdır. Köhnə restoranın birinci mərtəbəsi oyun oynamaq üçün uşaqların istifadəsinə verilib. Şəhərin mərkəzindəki bu köhnə otel və restoran artıq 2 ildir ki, qaçqınları qəbul edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR