Gürcüstan parlamenti prezidentin debatlarda iştirakını dəstəkləməyib

Gürcüstan parlamenti prezidentin debatlarda iştirakını dəstəkləməyib
# 02 may 2018 16:30 (UTC +04:00)

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin debatlarda iştirakı ilə bağlı təklifini dəstəkləməyib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, parlamentin spikeri İrakli Kobaxidze reqlamentə yenidən baxılması və prezidentin təklifinin qəbulu ilə bağlı məsələni səsverməyə qoyub. Dövlət başçısının təklifini yalnız 28 deputat dəstəkləyib, 50 deputat isə əleyhinə səs verib.

İ. Kobaxide prezidentin parlamentin iclas zalına qayıdacağına ümid etdiyini söylyəib. G. Marqvelaşvili isə parlament binasını tərk edib.

Qeyd edək ki, Gürcüstan parlamentində prezidentin illik hesabatından sonra keçirilən debatlarda G. Marqvelaşvili və İ. Kobaxidze arasında mübahisə yaranıb. Prezident tənqidlərlə çıxış edən deputatlara cavab vermək üçün imkan yaradılmasını xahiş etsə də, onun bu xahişi prosedur qaydaları əsas gətirilərək yerinə yetirilməyib. Buna etiraz olaraq G. Marqvelaşvili iclas zalını tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR