İl ərzində Azərbaycanda 3,1%-lik inflyasiya qeydə alınıb

İl ərzində Azərbaycanda 3,1%-lik inflyasiya qeydə alınıb
# 15 may 2015 09:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin aprel ayında mart ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2% ucuzlaşıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 0,9% ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri isə 0,5% bahalaşıb.

2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-aprel aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,6%, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, xidmət tarifləri isə 1,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR