Əcnəbi jurnalistlər və hərbi attaşelər 2 yaşlı Zəhranın yas mərasimində iştirak ediblər

Əcnəbi jurnalistlər və hərbi attaşelər 2 yaşlı Zəhranın yas mərasimində iştirak ediblər
# 06 iyul 2017 12:46 (UTC +04:00)

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər iyulun 4-də erməni silahlı bölmələrinin atəşi nəticəsində Alıxanlı kəndində halak olan 2 yaşlı Zəhranın və nənəsinin "Zobucuq-5" qəsəbəsində təşkil olunan yas mərasimində iştirak ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qonaqlar həlak olanların ailələrinə başsağlığı verib, dərdlərinə şərik olduqlarını bildiriblər.

Qeyd edək ki, TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR