Türkiyədə "İŞİD"ə qoşulmaq istəyən 21 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşı saxlanılıb

Türkiyədə "İŞİD"ə qoşulmaq istəyən 21 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşı saxlanılıb
# 18 avqust 2015 14:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Hatay vilayətində son 7 ay ərzində "İŞİD"ə qoşulmaq üşün Suriyaya keçmək istəyən 21 xarici vətəndaş saxlanılıb.

APA-nın “Anadolu" Agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.

Terror qruplaşmasına qoşulmaq istəyən digər şəxslər isə İngiltərə, İraq, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan vətəndaşlarıdır. Onlar öz ölkələrinə deportasiya ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR