Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib

Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib
# 22 dekabr 2016 15:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya imperatoru Akihitonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR