Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb

Çavuşoğlunun ABŞ-a səfəri təxirə salınıb
# 15 mart 2018 08:01 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun martın 19-da ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb.

APA-nın “Hürriyət”ə istinadən xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib.

Səfərin də məhz bu səbəbdən təxirə salındığı güman edilir.

Səfər zamanı əsasən Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlarla bağlı müzakirələr aparılması nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR