Balakəndə 36 yaşlı kişi müəmmalı şəkildə yanıb

Balakəndə 36 yaşlı kişi müəmmalı şəkildə yanıb
# 04 avqust 2015 07:34 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 36 yaşlı kişi yanıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 4-ü saat 01 radələrində rayonun İtitala kənd sakini, 1979-cu il təvəllüdlü Əli Xəlilbəy oğlu Kərimov yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı 36 yaşlı Əli Kərimovun oddan yanması müəyyən olunub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əli Kərimova bədənin 80%-ni əhatə edən 1, 2, 3 və 4-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.


Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Əli Kərimovun yaşadığı ünvanda baş verib. Əli Kərimovun dəqiq hansı səbəbdən yanmasını aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR