Bank Of Baku

Almaniyada inflyasiya 28 illik maksimuma çatıb

Almaniyada inflyasiya 28 illik maksimuma çatıb
# 11 avqust 2021 11:09 (UTC +04:00)

Almaniyada iyul ayında illik inflyasiya iyundakı 2,3%-dən 3,8%-dək yüksəlib. Bu, 1993-cü ildən bəri ən yüksək göstəricidir.

"APA-Economics"in məlumatına görə, Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) hesabatında deyilir.

Qeyd olunur ki, aylıq olaraq iyulda qiymətlərin artması iyundakı 0,4%-dən 0,9%-dək sürətlənib.

Bununla belə, son qiymətləndirməyə əsasən, Avropa İttifaqının standartlarına görə, Almaniyada istehlak qiymətləri (uyğunlaşdırılmış istehlakçı qiymətləri indeksi) iyul ayında illik 2,1%-dən 3,1%-dək, aylıq isə 0,5% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR