Nazir müavini və həyat yoldaşının yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib

Nazir müavini və həyat yoldaşının yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib
# 09 iyul 2015 08:45 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə T. Rəhimovun apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Qərardan narazı qalan T. Rəhimov isə Ali Məhkəməyə kassasiya şikayəti verib. O, kassasiya şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ali Məhkəmə T. Rəhimovun şikayətinə baxdıqdan sonra Bakı Apellyasiya Məhkəməsində iclas davam etdiriləcək.

Qeyd edək ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində T. Rəhimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü T. Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T. Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR