Apelyasiya Məhkəməsi Trampın immiqrasiya fərmanına qadağanı dəstəkləyib

Apelyasiya Məhkəməsi Trampın immiqrasiya fərmanına qadağanı dəstəkləyib
# 10 fevral 2017 01:50 (UTC +04:00)

ABŞ-da Apelyasiya Məhkəməsi prezident Donald Trampın immiqrasiya fərmanına qoyulan qadağanı qanuni hesab edib. APA-nın xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, məhkəmə dövlət maraqlarının milli təhlükəsizlik maraqları ilə ziddiyyət yarada biləcəyini etiraf edib. Həmçinin vurğulanır ki, qeyd olunan fərmana qarşı çıxış edən Vaşinqton və Minnesota ştatları fərmanın hətta müvəqqəti icrasının ziyan gətirə biləcəyini təsdiqləyən dəlillər təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR