Prokuror restoranda adam bıçaqlayan şəxsə 15 il 6 ay həbs cəzası istəyib

Prokuror restoranda adam bıçaqlayan şəxsə 15 il 6 ay həbs cəzası istəyib
# 04 noyabr 2016 13:35 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittibamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini deyib.

O, R. Baxşıyevin 15 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, R.Baxşıyev restoranda dava zamanı tanışını bıçaqla vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. R.Baxşıyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR