Rusiyada sərxoş sürücü 6 nəfəri vurub

Rusiyada sərxoş sürücü 6 nəfəri vurub
# 16 aprel 2018 00:44 (UTC +04:00)

Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Brüxovetskiy rayonunda qeydə alınıb.

Sərxoş sürücü yolun kənarında dayanan 6 piyadanı vurub. Hadisə nəticəsində 3 nəfər – iki azyaşlı uşaq və bir qadın müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Daha üç nəfərə ambulator yardım göstəriləndən sonra onlar evə buraxılıb.

Hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR