Monteneqro prokuroru Rusiyanın bəzi strukturlarının dövlət çevirilişinə cəhddə ittiham edib

Monteneqro prokuroru Rusiyanın bəzi strukturlarının dövlət çevirilişinə cəhddə ittiham edib
# 20 fevral 2017 08:57 (UTC +04:00)

Monteneqro rəsmiləri Rusiyanın bəzi strukturlarına qarşı ağır ittiham səsləndiriblər.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “RİA Novosti” Monteneqronun xüsusi prokuroru Milivoe Katniçə istinadən yayıb.

M. Katniç Rusiyanın bəzi dövlət orqanları ölkənin NATO-ya üzvlüyünü əngəlləmək üçün ötən il Monteneqroda keçirilən parlament seçkilərinə müdaxilə etdiyini deyib. Onun sözlərinə görə, dövlət çevrilişini həyata keçirməyi planlaşdıran qrupa Rusiya vətəndaşı Eduard Şirokov rəhbərlik edib. Onun əsl soyadının Şişmakov olduğunu deyən M. Katniç qeyd edib ki, qrup üzvləri sabiq baş nazir Milo Cukanoviçi də öldürmək istəyiblər: “Bu hadisələrin arxasında Rusiyanın milliyyətçi strukturları dayanır. İndi biz bilirik ki, bura Rusiya dövlət orqanları da daxil olub”.

M. Katniç Rusiya dövlət orqanlarının məsələ ilə bağlı obyektiv araşdırma aparacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, dövlət çevrilişinə cəhdlə bağlı yekun ittiham aktı aprelin 15-dək qəbul olunacaq. Cinayət işində 25 nəfərin adı hallanır. Ötən il oktyabr 16-da Monteneqroda dövlət çevrilişinə cəhddə şübhəli bilinən 20 nəfər Serbiya vətəndaşı saxlanılıb. Monteneqro prokurorluğu Rusiya vətəndaşları daxil olmaqla, bir neçə şəxsi İnterpol xətti ilə axtarışa verib.

Kreml Monteneqro baş nazirinə sui-qəsdin hazırlanması ilə bağlı iddiaları rədd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR