Orfoqrafiya qaydaları hazırlanıb, təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək

Orfoqrafiya qaydaları hazırlanıb, təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək
# 30 noyabr 2017 13:56 (UTC +04:00)

"Dilçilik İnstitutu Azərbaycan dilinin orfoqrafiya qaydalarını hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib".

APA-nın xəbərinə görə, bunu APA-ya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.


O bildirib ki, gələn həftə AMEA Rəyasət Heyətində orfoqrafiya qaydaları müzakirə ediləcək: "Orfoqrafiya qaydaları müzakirə edilərək dekabr ayında təsdiq üçün Nazirlər Kabinetinə göndəriləcək".


Akademikin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanması üzərində ciddi iş gedir: "Orfoqrafiya lüğətinin ilkin variantı aprel ayına kimi ictimaiyyətə təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR