"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib

"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib
# 06 fevral 2018 12:15 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi” üzrə təqsirləndirilən Əbülfəz Bünyatov və Elxan İsgəndərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasa Ə. Bünyatov xərəkdə gətirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Sonra təqsirləndirilən Elxan İsgəndərovun vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və ya həbsin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb.

Daha sonra Ə. Bünyatovun vəkili Nərdanə Fərzəliyeva hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində yaranan problemlərlə görə iş üzrə cinayət işinin ayrılması haqqında vəsatətə verib. O vəsatəti Ə. Bünyatovun hər dəfə məhkəmə prosesinə gəlməkdə problem yarandığı ilə əsaslandırıb.

Məhkəmə verilən vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib.

Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR