“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olub

“Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” sənədli filminin təqdimatı olub
# 15 iyul 2015 14:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

AMEA-dan APA-ya verilən xəbərə görə, institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Lalə Əhmədova bildirib ki, film Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çəkilib.

Direktor müavini qeyd edib ki, filmdə Azərbaycanın işğal altında olan ərazilərindəki xristian dövrü bazilika və monastırları üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsindən söhbət açılır.

Sonra sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR