Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib

Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
# 30 may 2015 13:52 (UTC +04:00)

Bakı - APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə rayonunda polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsində keçirilən qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlər, habelə qaçqın və məcburi köçkünlər ediblər.

Nazir vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün tədbirdə iştirak edən nazirliyin aidiyyatı Baş İdarə, idarə və adları çəkilən ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib və sənədlərinin hazırlanması üçün aidiyyatı xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR