Bakı-2015:Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb

Bakı-2015:Çində Avropa Oyunlarının açılış mərasimi canlı yayımlanıb
# 12 iyun 2015 23:17 (UTC +04:00)

APA-nın məlumatına görə, yayım zamanı şərhçi açılış mərasimində nümayiş olunan bütün elementlər barədə ətraflı məlumat verib. Açılış mərasimi milyonlara çinli tamaşaçıda Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi, o cümlədən Nizami Gəncəvinin əsərləri, muğam, habelə Novruz bayramı, Qobustan qaya rəsmləri, ümumilikdə Azərbaycan haqqında geniş təsəvvürün yaranmasına imkan verib.

Bundan başqa, Azərbaycanın qısa müddətdə ilk Avropa Oyunları kimi böyük idman yarışının yüksək səviyyədə təşkili üçün gördüyü işlər, yarışların keçiriləcəyi idman məkanları, açılış mərasimində iştirak edən yüksək səviyyəli qonaqlar barədə də ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR