Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılması nəticəsində bir ailənin üzvləri olan 4 nəfərin xəsarət aldığı məlum olub.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.
V. Məmmədov, V. Məmmədova və L. Məmmədova Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. L. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir. V. Məmmədov isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.
***
saat 14.34
Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.
Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.