Tramp Meksika istehsalı avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib

Tramp Meksika istehsalı avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib
# 04 yanvar 2017 03:29 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “General Motors” şirkətinin Meksikada istehsal etdiyi avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib.

APA-nın xəbərinə görə, o, bu barədə məlumatı “Twitter” səhifəsinə dərc edib.

“General Motors Meksikada istehsal etdiyi “Chevy Cruze” avtomobilini sərhəddən havayı keçirərək ölkəyə gətirir. Avtomobilləri ABŞ-da istehsal edin və ya yüksək vergilər ödəyin!”, - deyə Tramp qeyd edib.

Bundan əvvəl Tramp başqa ölkələrlə ticarət müqavilələri yenidən nəzərdən keçirəcəyini vəd edib. Belə ki, o, Kanada, ABŞ və Meksika arasında imzalanmış azad ticarət barədə Şimali Amerika sazişini “faciə” adlandırıb.

Tramp, həmçinin, qanunsuz miqranların ölkəyə keçməsinin qarşısını almaq üçün Meksika ilə sərhəddə səddin ucaldılacağını vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR