Yanvarda tikinti materiallarının istehsalı 2,4 dəfə artıb

Yanvarda tikinti materiallarının istehsalı 2,4 dəfə artıb
# 20 fevral 2017 08:18 (UTC +04:00)

Cari ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin analoji ayı ilə müqayisədə 2,4 dəfə artaraq 28,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 40%, betondan yığma tikinti konstruksiyaların istehsalı 12,4 dəfə, tikinti əhənginin istehsalı 2,3 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 4,1 dəfə artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 43,7 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 35,2%-lik, hazır metal məmulatlarının istehsalı sahəsində isə 27,3%-lik artım müşahidə olunub. Yanvar ayı ərzində sahə üzrə 9,4 min ton (15,5 dəfə çox) polad borular, 34,3 min ton (19,2% çox) polad tökmə, 43,3 ton (8,8 dəfə çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR