Aşıq Ədalətin dəfn ediləcəyi yer dəyişdirilib

Aşıq Ədalətin dəfn ediləcəyi yer dəyişdirilib
# 14 sentyabr 2017 20:06 (UTC +04:00)

Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib. Bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: “Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR