Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib

 Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib
# 07 sentyabr 2015 07:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azər Qəmbərovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A. Qəmbərov Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Qəmbərov cəzasının azaldılması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR