İtaliya polisi mafiya başçısını həbs edib

İtaliya polisi mafiya başçısını həbs edib
# 03 mart 2019 08:15 (UTC +04:00)

İtaliya polisi Neapol şəhəri mafiya strukturunun başçısı Marko Di Lauranı həbs edib.

ONA-nın xəbərinə görə, cinayətkar şənbə günü xüsusi əməliyyat nəticəsində tutulub və polisə müqavimət göstərməyib.

İtaliya Daxili İşlər Nazirliyi 2005-ci ildən Marko Di Lauranı ən qatı cinayətkarlar siyahısına daxil edib. Bu siyahıda o, “Koza Nostra” başçısı Matteo Denarodan sonra ikinci yeri tutub.

Di Lauronun bir neçə il əvvəl hüquq-mühafizə orqanlarından gizlənmək üçün plastik cərrahiyə əməliyyatı keçirdiyi və dəfələrlə qadın paltarı geyindiyi bildirilir.

2015-cı ildə Neapolun Apelyasiya məhkəməsi onu ömürlük cəzaya məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR