Dominikan Respublikasında daşqınlar nəticəsində on minlərlə insan təxliyə edilib

Dominikan Respublikasında daşqınlar nəticəsində on minlərlə insan təxliyə edilib
# 20 noyabr 2016 21:56 (UTC +04:00)

Dominikan Respublikasında şiddətli yağış və daşqınlar nəticəsində 42 min insan təxliyə edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı səkkiz yaşlı uşaq həyatını itirib, daha bir azyaşlı itkin düşüb.

Ölkənin şimal bölgəsində 100-ə yaxın yaşayış evi, 20 körpü dağılıb. Daşqınlar yüzlərlə evi, əkin sahələrini su altında qoyub.

Dominikan Respublikasının prezidenti Danilo Medina ölkənin bir sıra əyalətlərində, o cümlədən turizm bölgəsi olan Puerto-Platada fövqəladə vəziyyət rejimi tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR