FHN Ağdamda baş vermiş yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Ağdamda baş vermiş yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 29 dekabr 2016 03:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə,Ağdam rayonu, Əhmədağalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 338 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 318 m2 səhədə və bitişik ümumi sahəsi 78 m2 olan talvar yanıb.

Evin qalan hissəsi və evə bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

23:10

Ağdamda yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində Əliyev Mətləb Cəlal oğluna məxsus ikimərtəbəli evdə qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının elektrik enerjisinin naqillərində baş verən qısaqapanma səbəb olduğu ehtimal edilir..

Hazırda yanğınsöndürənlər hazırda alovun digər tikililərə keçməsinin qarşısı almağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR